CAMBRIDGE

ENGLISH

Cambridge Proqramı iləİngilis Dili Tədrisi

Uşaqlar üçün beynəlxalq standartlara uyğun, sistemli və nəticəyönlü təhsil.

  • Güclü dil təməli
  • Bacarıq inkişafı
  • Beynəlxalq imtahanlara hazırlıq
Lumikids English müəllimi
5+yaşdan yuxarı uşaqlar üçün

Niyə Cambridge English?

İllərlə ingilis dili öyrənib, hələ də danışmaqda çətinlik çəkirsiniz?

Cambridge proqramının fərqi sistemli, mərhələli və praktik tədris yanaşmasıdır.

  • 100% ingilisdilli dərs mühiti

    Dərslərimiz tamamilə ingilis dilində keçirilir. Uşaqlar dili davamlı eşidir, anlayır və danışıqda istifadə edirlər.

  • Cambridge və Oxford kitab setləri

    Beynəlxalq tədris materialları əsasında sistemli və ardıcıl öyrənmə.

  • Aktiv danışıq

    Əzbərləməyə deyil, ingilis dilində düşünməyə, anlamağa və sərbəst ünsiyyətə üstünlük veririk.

  • Möhkəm dil təməli

    Listening, Speaking, Reading və Writing bacarıqlarını birlikdə inkişaf etdiririk.

  • Praktik və nəticəyönümlü tədris

    Uzun müddət kurslara gedib istədiyi nəticəni əldə edə bilməyən şagirdlərə fərqli öyrənmə yanaşması təqdim edirik.

Müəllim

30+

sertifikat · Türkiyə universitetlərinin proqramları

150

saat · TESOL — Arizona State University

Müəllim haqqında

Əfsanə Rüstəmli

Azərbaycanda bakalavr, Türkiyədə magistr təhsili almışam. ABŞ, İspaniya və Böyük Britaniyanın beynəlxalq müəllimlik proqramlarını bitirmiş, Cambridge-in müəllimlər üçün vebinarlarında iştirak etmişəm. Lumikids English-də dərslərimi bu bilik və təcrübə üzərində qururam.

  • BakalavrAzərbaycan

    Ali təhsilimi yüksək akademik nəticələrlə tamamlamışam.

  • MagistrTürkiyə

    Magistratura təhsilimi yüksək akademik nailiyyətlərlə başa vurmuşam. Türkiyədə əldə etdiyim magistr diplomu Azərbaycan Respublikasında rəsmi qaydada tanınıb.

  • Əlavə akademik nailiyyətlərTürkiyə

    Türkiyənin müxtəlif universitetlərinin təşkil etdiyi təhsil proqramlarında və qiymətləndirmə imtahanlarında uğurla iştirak edərək 30-dan çox sertifikat əldə etmişəm.

Lumikids üsulu

Qeydiyyatdan ilk dərsə — 5 addım

  1. 1

    Müraciət

    Qeydiyyat formasını doldurursunuz, müraciətiniz WhatsApp vasitəsilə bizə çatır.

  2. 2

    Tanışlıq söhbəti

    Uşağın yaşı, maraqları və ingilis dili ilə bağlı əvvəlki təcrübəsi barədə qısa söhbət edirik.

  3. 3

    Səviyyənin müəyyənləşdirilməsi

    Uşağın hazırkı səviyyəsini yoxlayır və ona uyğun Cambridge mərhələsini seçirik.

  4. 4

    Sınaq dərsi

    Uşaq müəllimlə tanış olur, dərsin necə keçdiyini öz gözü ilə görür.

  5. 5

    Tədrisə başlanğıc

    Uşaq səviyyəsinə uyğun qrupa yerləşdirilir və dərslər başlayır.

Suallar

Tez-tez verilən suallar

Sualınızın cavabını tapmadınız?

Sualınızı qeydiyyat formasında yazın, sizə ətraflı cavab verək.

Qeydiyyat
01Cambridge English nədir?

“Cambridge Assessment English” Cambridge Universitetinin bir şöbəsidir. YLE (Starters, Movers, Flyers), A2 Key və B1 Preliminary uşaq və yeniyetmələr üçün ardıcıl beynəlxalq imtahanlardır.

02Uşağımın səviyyəsini necə müəyyən edirsiniz?

Qeydiyyatdan sonra qısa tanışlıq söhbəti və sınaq dərsi keçirilir. Bu zaman uşağın səviyyəsini müəyyənləşdirir və ona uyğun mərhələni təklif edirik.

03Beynəlxalq imtahana qatılmaq məcburidirmi?

Xeyr, məcburi deyil. Amma proqram elə qurulub ki, uşaq istədiyi mərhələdə rəsmi Cambridge imtahanına hazır olsun.

04YLE imtahanlarının nəticəsi necə qiymətləndirilir?

YLE imtahanlarında “kəsildi” anlayışı yoxdur. Hər bacarıq üzrə nəticə qalxanlarla (shields) göstərilir. Bu, uşağı ruhlandırır və irəliləyişini aydın göstərir.